Ana Sayfa > Karusel / Dünya / M2 > Nanci Reyqan 94 yaşında vəfat edib
Nanci Reyqan 94 yaşında vəfat edib6-03-2016, 22:36. Yazar: Xeberaz |
Xanım Reyqan ürək çatışmazlığına vəfat edib ABŞ-ın sabiq birinci xanımı Nanci Reyqan Kaliforniyadakı evində, 94 yaşında vəfat edib. Los Angeles şəhərinin Bel Air ərazisində yaşayan xanım Reyqan, ürək çatışmazlığına vəfat edib. Onun Ronald Reyqan ilə 52 il davam edən evliliyi vaxtilə ABŞ prezidentliyinin ən böyük romanı kimi təsvir edilmişdi. 1981-ci ildən 1989-cu ilədək o, ABŞ tarixinin ən nüfuzlu birinci xanımlarından olub. Əvvəla onu Ağ Evin bahalı remontuna görə tənqid etsələr də, daha sonra çoxu ona hörmət edib. Nanci Reyqan həyat yoldaşının yanında, Californiada yerləşən Ronald Reyqan prezident kitabxanasında dəfn ediləcək. Geri dön |