Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > “Kamaz” və “07” toqquşdu - 2 yaralı

“Kamaz” və “07” toqquşdu - 2 yaralı


6-03-2016, 15:56. Yazar: Xeberaz
“Kamaz” və “07” toqquşdu  -  2 yaralı Oxunma sayı: 155
Cəlilabadda Kamaz markalı maşının səhvi qəzaya səbəb olub.

"Xəbəraz.az " ans press-ə istinadən məlumatına görə, ağır yol qəzası Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Lənkaran sakini Nurəddin Əliyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən köməkçi yoldan magistral yola çıxmaq istəyən Cəlilabad rayonunun Sabirabad kənd sakini Ədalət Abışovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü və avtomobildə olan sərnişinlər Məhbubə Qasımova, Aygün Cəfərova müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin versiyaya görə qəza “Vaz 2107”nin qəfil yük maşınının qarşısına çıxması səbəbindən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Geri dön