Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Keçmiş deputatın qızının əl işləri Parisdə

Keçmiş deputatın qızının əl işləri Parisdə


6-03-2016, 15:09. Yazar: Xeberaz
Keçmiş deputatın qızının əl işləri Parisdə
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə “Beaugrenelle” ticarət mərkəzində Azərbaycanlı dizayner Mənzər Hacıyevanın “Kəlağayı” butikini təşkil edib.

"Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, iki gün ərzində ticarət mərkəzində şəhər əhalisi və turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağayı, ipək və kəşmir yaylıqlarını tanımaq və öz aksessuarlarını tamamlamaq imkanı olacaq.


Qeyd edək ki, Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə daxil edilib.

M.Hacıyeva Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızıdır.
Geri dön