Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda polisə müraciət edən qadının yalan ifadə verməsi üzə çıxıb.

Bakıda polisə müraciət edən qadının yalan ifadə verməsi üzə çıxıb.


14-04-2015, 14:48. Yazar: Xeberaz
Bakıda polisə müraciət edən qadının yalan ifadə verməsi üzə çıxıb.
Binəqədi polisi işin üstünü açdı.

Xeberaz.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 13-də Salyan rayon sakini Aynur Məcidova aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırılmaq yolu ilə qızıl, geyim və məişət əşyalarının oğurlanmasını bildirib.

Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.

Toplanmış material rayon prokurorluğuna göndəriləcək.
Geri dön