Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiyada neft yatağında partlayış: 1 ölü, 2 yaralı

Rusiyada neft yatağında partlayış: 1 ölü, 2 yaralı


5-03-2016, 22:17. Yazar: Xeberaz
Rusiyada neft yatağında partlayış: 1 ölü, 2 yaralı
Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

Məlumata əsasən, “Yarudeysk” neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.
Geri dön