Ana Sayfa > Karusel / Siyasət / M2 > Gürcüstan xarici işlər naziri martın 7-də Bakıya gəlir

Gürcüstan xarici işlər naziri martın 7-də Bakıya gəlir


5-03-2016, 14:51. Yazar: Xeberaz
Gürcüstan xarici işlər naziri martın 7-də Bakıya gəlir

Gürcüstan Respublikasının xarici işlər naziri Mixael Canelidze martın 7-də Azərbaycana rəsmi səfər edəcək.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, rəsmi səfər çərçivəsində M. Canelidze Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Geri dön