Ana Sayfa > Karusel / Gündəm / M2 > VIP çadırların qurulması qadağan ediləcək – VİDEO

VIP çadırların qurulması qadağan ediləcək – VİDEO


5-03-2016, 12:56. Yazar: Xeberaz
VIP çadırların qurulması qadağan ediləcək – VİDEO
Qanun layihəsi hazırlanıb.

Yas mərasimləri üçün VIP çadırların birgünlük icarəsinin qiyməti təklifdən asılı olaraq 5-30 min manat arasında dəyişir.

"Xəbəraz.az " xəzərxəbər-ə istinadən xəbər verir ki, belə çadırların qurulması qadağan ediləcək.

Milli Məclisin İctimai birliklər ve dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, bununla da hər kəs yas mərasimlərini bərabər şəkildə keçirəcək və israfçılığın qarşısı alınacaq.

Yas mərasimləri zamanı VIP adlandırılan çadırların qurulmasına icazə verilməyəcək. Artıq bu məsələ yeni hazırlanan “Xeyr və Şər adətləri” adlı qanun layihəsi ilə tənzimlənəcək.

S.Novruzov bildirib ki, yeni qanunla yas mərasimləri zamanı insanlar arasında bərabərlik tam şəkildə təmin ediləcək, yol verilən israfçılığın qarşısı tam şəkildə alınacaq.

Kanalın VIP çadrlar bazarında apardığı qısa sorğu da yas mərasimləri zamanı yol verilən israfçılığı təsdiq etdi.

Geri dön