Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda siqaret üstündə qan töküldü – VİDEO

Bakıda siqaret üstündə qan töküldü – VİDEO


5-03-2016, 12:49. Yazar: Xeberaz
Bakıda siqaret üstündə qan töküldü – VİDEO
Yaralı əməliyyat olunub.

Bakının Suraxanı rayonunda qanlı hadisə baş verib.

"Xəbəraz.az " xəbər verir ki, APA TV-nin məlumatına görə, 27 yaşlı Yusifov Faiq Elman oğlu “2-ci mədən” adlanan ərazidə bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Əməliyyatdan sonra Faiq Yusifovun ifadəsi alınıb. O, polis əməkdaşlarına bildirib ki, küçədə ondan siqaret istəyiblər.

Faiq siqaretinin olmadığını deyəndə tanımadığı şəxslərlə mübahisəsi düşüb və mübahisə zamanı bıçaqlanıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Geri dön