Ana Sayfa > Karusel / Hadisə / M2 > Metroda oğruluq edən qadın ələ keçdi

Metroda oğruluq edən qadın ələ keçdi


4-03-2016, 16:41. Yazar: Xeberaz
Metroda oğruluq edən qadın ələ keçdi
Əməliyyat keçirilib.

Bakı metrosunda oğurluqda şubhəli bilinən qadın tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq hadisəsi martın 2-də baş verib.

Belə ki, martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub.

Saxlanılan zamanı, ondan 0,207 qram heroin götürülüb.

Araşdırma aparılır.
Geri dön