Ana Sayfa > Karusel / Hadisə / M2 > Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi

Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi


4-03-2016, 16:29. Yazar: Xeberaz
Məktəblərə qənim kəsilmiş oğru dəstəsi ələ keçdi
DİN məlumat yaydı.

Abşeron polisi məktəblərə qənim kəsilmiş oğru dəstəsini ələ keçirə bilib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, quldur dəstəsi martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlayıblar.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbləri qarət edən Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov,Əkbər Kərimov və Namiq Həsənli tutulublar.
Geri dön