Ana Sayfa > Karusel / Maraqlı / M2 > Unikal xəstəlik: "şüşə qadın" tərpənməyə qorxur - FOTO

Unikal xəstəlik: "şüşə qadın" tərpənməyə qorxur - FOTO

4-03-2016, 15:52. Yazar: Xeberaz

Unikal xəstəlik: "şüşə qadın" tərpənməyə qorxur - FOTO

"Hərəkət etməyə qorxuram. Yenə ağrılara məruz qalacağımdan çəkinirəm. Dərdimə çarə tapın, yalvarıram..."
Hindistanın Karnataka ştatının mərkəzi Banqalorda, yoxsul məhəllələrdən birində yaşayan 27 yaşlı Dhanya Ravi çox nadir xəstəliyə mübtəladır. Yerli sakinlərin "Şüşə qadın" adlandırdıqları Dhanyanın sümükləri çox kövrək olduğundan hərəkət etməyə çətinlik çəkir. Onun sümükləri indiyədək 300 dəfə sınıb. Bu səbəbdən çarpayıdan qalxanda qollarını bağlayır.
Onun ayaqları, qolları və onurğa sütunu fəsadlı, əyri, deformasiyalıdır.
27 yaşı olsa da, xəstəlik səbəbindən inkişaf etməyən və 3-4 yaşlı uşaq boyda olan Dhanyanın mərəzinin müalicəsinin olmadığını deyirlər.
Dhanya iki aylıq olanda ona "natamam osteogenez" diaqnozu qoyulmuşdu.
"Ayda ən azı bir sümüyüm sınır. İndiyədək sümüklərim 300 dəfə sınıb. Ağrıyır, amma dözürəm", - Dhanya Ravi deyib.

Geri dön