Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda qaçqınların yataqxanası yanıb (YENİLƏNİB)

Bakıda qaçqınların yataqxanası yanıb (YENİLƏNİB)


4-03-2016, 15:18. Yazar: Xeberaz


Bakıda qaçqınların yataqxanası yanıb (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyinin Dövltət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadis yataqxananın birinci mərtəbəsində artırılma eyvanda qeydə alınıb.

Hadisə yerinə çatan yanğınsöndürənlər ilk öncə bina sakinlərini evakuasiya ediblər. Daha sonra alovun yayılmasının qarşısı alınıb və yanğın söndürlüb. Yanğın söndürüləndən sonra məlum olub ki, 10 kv metr ərazi yanıb. Otaqdakı yorğan-döşək və digər əşyalar da yanıb.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

***14.19

Bakının Yasamal rayonu ərazisində yataqxanada yanğın baş verib.

"Xəbəraz.az "-in məlumatına görə, hadisə ATV-nin binası yaxınlığında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı Azərbaycan Texniki Universitetinin yataqxanasında baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili yardım briqadası gedib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yağından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinə yollanıblar.

Hələlik hadisə ilə bağlı ətraflı məlumat verilməyib.
Geri dön