Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Səhlənkar həkimlərə 500 MANAT CƏRİMƏ

Səhlənkar həkimlərə 500 MANAT CƏRİMƏ


3-03-2016, 19:31. Yazar: Xeberaz
Səhlənkar həkimlərə 500 MANAT CƏRİMƏ


Azərbaycanda ixtisaslaşdırılmış tibbi yardımın göstərilməməsi hallarına görə cəza tətbiq olunacaq.

"Xəbəraz.az "-ın Apa-ya istinadən verdiyi məlumata göre, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə olunması müzakirəyə çıxarılıb.

Yeni 215.3-cü maddəyə görə, ixtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda nəzərdə tutulmuş qaydada göstərilmədiyi hallarda 500 manat miqdarında cərimə tətbiq olunmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Geri dön