Ana Sayfa > Karusel / Dünya / M2 > Amnesty International: Rusiya Suriyada xəstəxanaları bombalayır

Amnesty International: Rusiya Suriyada xəstəxanaları bombalayır


3-03-2016, 15:03. Yazar: Xeberaz
Amnesty International: Rusiya Suriyada xəstəxanaları bombalayır
"Əsəd rejimi Rusiya aviasiyasının köməyi ilə Suriyada mülki obyektləri bombalayır"

Bu haqda "Amnesty International" təşkilatının növbəti hesabatında deyilir.

Təşkilatın Böhran Vəziyyətinə Reaksiya üzrə Hüquq-müdafiə Təşkilatının direktoru Tiran Həsən bildirib ki, Rusiya aviasiyası Suriyada sistematik olaraq mülki obyektləri, o cümlədən xəstəxanaları bombalayır.

Onun sözlərinə görə, təşkilatın əlində bu barədə danılmaz faktlar var. O, əlavə edib ki, Rusiya aviasiyasının son bombardmanları nəticəsində Suriyada 1700 dinc sakin həlak olub və bunlardan 429-u uşaqdır.
Geri dön