Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda mərc oyunların nəzarət edən qurum dəyişir

Azərbaycanda mərc oyunların nəzarət edən qurum dəyişir


3-03-2016, 14:58. Yazar: Xeberaz
Azərbaycanda mərc oyunların nəzarət edən qurum dəyişir

Bu funksiya Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Azərbaycanda mərc oyunlarına nəzarət edən qurum dəyişib. Bu funksiya yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir. Bu bu barədə məsələ Milli Məclisin Gənclər və idman komitəsində müzakirəyə çıxarılan "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb.
Qanunda “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib. Digər dəyişikliyə əsasən isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan halqar hesabına maliyyələşir.
Dəyişikliklər Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib. Hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.
Geri dön