Ana Sayfa > Karusel / Hadisə / M2 > Şirvanda oksigen balonu partladı: ölən var

Şirvanda oksigen balonu partladı: ölən var


3-03-2016, 11:23. Yazar: Xeberaz
Şirvanda oksigen balonu partladı: ölən var


Bu gün səhər saatlarında Şirvan şəhəri, M. Mirzəyev küçəsində yerləşən oksigen doldurma məntəqəsində bədbəxt hadisə baş verib.

"Xəbəraz.az " APA-ya istinadən bildirir ki, nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan, 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyidi müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
Geri dön