Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycanda dolların məzənnəsi bahalaşdı (RƏSMİ)

Azərbaycanda dolların məzənnəsi bahalaşdı (RƏSMİ)


3-03-2016, 09:54. Yazar: Xeberaz
Azərbaycanda dolların məzənnəsi bahalaşdı (RƏSMİ)


Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 2-nə rəsmi məzənnəsini 1,5843 AZN/USD müəyyən edib.

Mərkəzi Bankdan verilən məlumata görə, ötən gün rəsmi məzənnə 1,5764 AZN/USD səviyyəsində olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
Geri dön