Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Aşıq Azərin səhhəti pisləşdi - FOTO
Aşıq Azərin səhhəti pisləşdi - FOTO2-03-2016, 16:36. Yazar: Xeberaz |
Mərhum aşıq Xanların oğlu, 3 ildir ki, "Hepatit B" xəstəliyindən əziyyət çəkən 33 yaşlı aşıq Azərin səhhəti pisləşib. "Xəbəraz.az " bildirir ki, bu haqda musavat.com saytına aşığın özü məlumat verib. O bildirib ki, ikinci ayağı da şişdiyi üçün artıq yeriyə bilmir: "24 gündür ki, xəstəxanadayam. Əvvəl bir ayağımda fil xəstəliyi - kəskin şiş vardı. İndi ikinci ayağım da şişib. Nə ayaqqabı, nə də başmaq geyinə bilirəm. Müalicə dayanıb, mütəmadi ağrıkəsicilər və dərmanlar vurulur. Gözləyirik ki, vəsait yığılsın və İsrailə gedim. Böyüklər nə məsləhət görsə, elə edəcəyik. Bank hesabıma 4000 manat yığılıb. Müalicəm üçün isə 60 min dollar lazımdır". Aşıq Azər martın 5-də ona yardım məqsədi ilə keçiriləcək xeyriyyə konsertindən də bəhs edib: "Sənət dostlarım sağ olsunlar ki, gəlib baş çəkirlər, maraqlanırlar. Martın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, saat 17:00-da keçiriləcək. Millət vəkili Qənirə Paşayevaya minnətdaram ki, konsert təşkil edir, müalicə olunub sağalmağım üçün pul toplamağa çalışır. Yardım edən hər kəsə təşəkkür edirəm". Qeyd edək ki, aşıq Azər "Bank Respublika"da hesab nömrəsi açdırıb. Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik: Bank Respublika kod - 380194401151751001 Şəxsiyyətin seriya nömrəsi - 14040620 Onu da bildiririk ki, bu hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür. Geri dön |