Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Mal-qara oğrusu: Azərbaycan gəncliyinə sözüm odur ki... – VİDEO

Mal-qara oğrusu: Azərbaycan gəncliyinə sözüm odur ki... – VİDEO


2-03-2016, 16:30. Yazar: Xeberaz
Mal-qara oğrusu: Azərbaycan gəncliyinə sözüm odur ki... – VİDEO
“Oğurluq çox pis şeydir..”

Kürdəmirdə oğurluq hadisəsi baş verib.

"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, rayonun Qarasaqqalı kənd sakinləri Cavad Məmmədov və Cabir Abdullayev qabaqcadan əlbir olaraq Kürdəmirin Karrar kənd sakini Mayisə İsgəndərovanın həyətindəki tövlədən 3 iribuynuzlu heyvanı oğurlayıblar.

Daha sonra inəyi Ağsu rayonundakı mal bazarında həmin rayonun Çiyni kənd sakini Sahibə Abdulovaya 590 manata satıblar.

Saxlanılan şəxs:

“2 dana, 1 inək götürdük. Çox peşmanam. Azərbaycan gəncliyinə sözüm odur ki, oğurluq eləməsinlər. Oğurluq çox pis şeydir. Kimin xoşuna gələr ki? Zəhmətlə pul qazansınlar”.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb və inək sahibinə qaytarılıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparilir.

Geri dön