Ana Sayfa > Karusel / Dünya / M2 > İran Ümrə ziyarətini dayandırdı

İran Ümrə ziyarətini dayandırdı


13-04-2015, 21:35. Yazar: Xeberaz
İran Ümrə ziyarətini dayandırdı
İki İran vətəndaşı Ciddə şəhərində cinsi təcavüzə məruz qalıb.

İran iki vətəndaşının cinsi təcavüzə məruz qalması səbəbi ilə Səudiyyə Ərəbistanına Ümrə ziyarətini dayandırıb.

Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə iki həftə bundan qabaq, martın 28-də Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki hava limanında baş verib. Mümkün təcavüzçülərin yerli təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.

Hadisə İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Paytaxt Tehranda və Məşhəd şəhərində diplomatik nümayəndəliklər qarşısında keçirilən nümayiş iştirakçıları Krallığın Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun bağlanılmasını tələb ediblər.

İranın mədəniyyət naziri Əli Cənnəti günahkarların məhkəmə qarşısına çıxarılmayacağı və cəzalandırılmayacağı müddətdə Ümrə ziyarətinin dayandırılacağını və İrandan təyyarə uçuşlarının ləğv olunacağını deyib.
Geri dön