Ana Sayfa > Karusel / Hadisə / M2 > Gürcüstanda xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verib

Gürcüstanda xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verib


1-03-2016, 19:13. Yazar: Xeberaz
Gürcüstanda xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verib
Yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılıb.

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayon mərkəzində xristian və müsəlman gürcülər arasında qarşıdurma baş verib.

"Xəbəraz.az " “Qruizya Online” istinadən xəbər verir ki, bir neçə nəfər xəsarət alıb.

Bu gün Adigeniyə Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndələri səfər edərək, yerli sakinlərlə görüşlər keçirəcəklər.

30 il öncə Adigeniyə Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə sitayiş edən köçkünlərin yerli əhali ilə problemləri olmayıb.

Lakin bu yaxınlarda Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra müəyyən narazılıq yaranıb.

Yerli xristianlar jurnalistlərə açıqlamasında müsəlmanların bundan sonra məscid tikintisini tələb edəcəyindən, ardınca isə Adigenidən köçürüləcəklərindən ehtiyat etdiklərini açıqlayıblar. Əlavə edək ki, son illərdə Adigenidə xristian ailəsində doğulmuş bir uşağa 3 müsəlman uşaq düşür.
Geri dön