Ana Sayfa > Karusel / Hadisə / M2 > İŞİD öz döyüşçülərini edam etdirdi (VİDEO)

İŞİD öz döyüşçülərini edam etdirdi (VİDEO)


1-03-2016, 18:57. Yazar: Xeberaz
İŞİD öz döyüşçülərini edam etdirdi (VİDEO)



İŞİD terror təşkilatı bu dəfə öz döyüşçülərini edam edib.

"Xəbəraz.az "-in məlumatına görə, təşkilat daxilində meydana gələn anlaşılmazlıq nəticəsində Niderland vətəndaşı 8 döyüşçü edam olunub. İŞİD-in edam etdiyi döyüşçülərin cəbhədən qaçmağa təşəbbüs etdiyi iddia edilib.

Bir müddət əvvəl Niderlanddan olan 3 terrorist İŞİD-in İraq qolu tərəfindən fərarilik etməkdə günahlandırıb. Bunlardan biri də sorğu əsnasında döyülərək öldürülüb.

Anlaşılmazlığı həll etmək üçün İŞİD liderləri tərəfindən Raqqaya xüsusi dəstə göndərilib. Dəstə İŞİD-in Niderlanddan olan döyüşçüləri tərəfindən intiqam məqsədiylə öldürülüb. Bundan sonra İŞİD lideri Niderlanddan olan bütün döyüşçüləri həbs etdirib. Saxlanılanlardan 8-i edam edilib.

Qeyd edək ki, İraq və Suriyada 50-si qadın, 200 Niderland vətəndaşı İŞİD dəstələrində döyüşür.

Geri dön