Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Aygün Kazımova: "Yalana bax" - video

Aygün Kazımova: "Yalana bax" - video


1-03-2016, 18:46. Yazar: Xeberaz
Aygün Kazımova: "Yalana bax" - video


Xalq artisti Aygün Kazımova “Yalana bax” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

"Xəbəraz.az " açıqlama verən Aygün Kazımova bu mahnısının da hit olacağına inandığını bildirib:

“Mahnını çox bəyəndim. Bu, mahnını yaradan cütlük ilə mənim silsilə işimdir. “Məhəbbətə hə”, “Düşün məni”, “Sevgi yağışı”, “Dəli rüzgar” adlı hitlərimin müəllifləridir. Sevinc Şirin və Sevinc Tağıyeva ancaq hit hazırlayır. Yeni mahnımız isə “Yalana bax” adlanır. Bu mahnını ilk dinləmədən sevdim. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yeri olan mahnı olacaq”.

Xalq artisti “Yalana bax” adlı mahnısı üçün fotoqraf Kamran Aydınovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etdirib. Aygün Kazımovanın stili üzərində isə Ruxa çalışıb. Layihənin prodüseri isə Kazım Sübhandır.

Geri dön