Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Metroda insanların gözü qarşısında gənc qadına əxlaqsız təklif (VİDEO)

Metroda insanların gözü qarşısında gənc qadına əxlaqsız təklif (VİDEO)


1-03-2016, 14:57. Yazar: Xeberaz
Metroda insanların gözü qarşısında gənc qadına əxlaqsız təklif (VİDEO)


İngiltərədə keçirilən bir sosial təcrübə ölkədə gündəm yaradıb.

"Xəbəraz.az "-in məlumatına görə, İngiltərə mətbuatının geniş yer verdiyi təcrübə metroda baş tutub. Təcrübə qadınlara yönələn təcavüz və zorakılığa qarşı ictimaiətin reaksiyanı yoxlamaqdan ibarət olub.

Gözəl bir qadına yaxınlaşan bir kişi ona söz ataraq telefon nömrəsini istəyir. Sərnişinlərlə dolu olan metro vaqonunda qadın telefon nömrəsini vermək istəmir. Bu cavab kişini əsəbiləşdirir və o, qadına qışqırmağa başlayır. "Nə qədər çirkin bir qadınsan. İyrənc görsənirsən. Bədənin belə gözəl deyil" sözləri ilə insanların fikrini qadına yönəldən kişi camaatın içərisində qadını alçaldır.

Bu məqamda metro stansiyaya çatır. İçəridəki az qala hər kəs vaqondan enir. Adamın qadına rəftarı davam edərkən yalnız iki kişi qadını müdafiə etmək üçün müdaxilə edir. Təcrübə sonunda çox adamın reaksiya verməyərək stansiyada vaqondan enməsi diqqət çəkir.

Geri dön