Ana Sayfa > Karusel / İdman / M2 > AFFA turun cəzalarını açıqladı

AFFA turun cəzalarını açıqladı


1-03-2016, 12:48. Yazar: Fehrad
AFFA turun cəzalarını açıqladı

AFFA turun cəzalarını açıqladı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

"Xəbəraz.az " saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

Hərəsinin 4 futbolçusu sarı vərəqə alan “İnter”, “Zirə” və “Sumqayıt” 1000 manat cərimə olunublar. Turun oyunlarında qırmızı vərəqə ilə meydandan qovulan Qvanzav Maqomedov (AZAL) və Cavid İmamverdiyev (“Neftçi”) bir oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.

“Zirə” – “Neftçi” oyununun 1-ci hissəsi başa çatdıqdan sonra qonaqların məşqçisi Dimitri Kramarenko qaydaları pozduğu üçün texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
Geri dön