Ana Sayfa > Karusel / Hadisə / M2 > Avtobus avtomobillə toqquşdu: ölən var

Avtobus avtomobillə toqquşdu: ölən var


1-03-2016, 12:13. Yazar: Xeberaz
Avtobus avtomobillə toqquşdu: ölən var


Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, martın 1-də saat 01 radələrində Göygöl rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi "VAZ-2106" və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi "MAN" markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən İ.İsgəndərov orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Geri dön