Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağdamda intihar: Borca görə özünü asdı

Ağdamda intihar: Borca görə özünü asdı


1-03-2016, 11:55. Yazar: Xeberaz
Ağdamda intihar: Borca görə özünü asdı
Araşdırma aparılır.

Ağdamda intihar hadisəsi baş verib.

"Xəbəraz.az " xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Xındırıstan kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Atapur Mövsüm Məhəmmədəli oğlu özünü həyətyanı sahəsində qoz ağacından asıb. Ailə üzvləri səhər onun meyitini ağacdan asılmış vəziyyətdə tapıblar.

Yaxınlarının bildirdiyinə görə M.Atapurun külli miqdarda borcu olub, intiharın da bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön