Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda “Nissan”, “İnfiniti” və “Ford” salonları bağlandı

Azərbaycanda “Nissan”, “İnfiniti” və “Ford” salonları bağlandı


13-04-2015, 18:16. Yazar: Xeberaz
Azərbaycanda “Nissan”, “İnfiniti” və “Ford” salonları bağlandı
Rəsmi distribüterin əmlakı siyahıya alınıb.

Vergilər Nazirliyi “Nurgun Group”a daxil olan “Nurgun Motors”un əmlakını siyahıya alıb.

Xeberaz.az xəbər verir ki, bu barədə bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

“Nurgün Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub”, - deyə nazirlik rəsmisi qeyd edib.

Borcun həcmi açıqlanmır.

Nazirlik rəsmisi bildirib ki, borc ödənildikdən sonra şirkət fəaliyyətini bərpa edə bilər.

Qeyd edək ki, “Nurgün Motors” Azərbaycanda “Nissan”, “İnfitini” və “Ford” avtomobillərinin rəsmi distribüteridir.
Geri dön