Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Leyla Əliyevadan humanist addım (VİDEO)

Leyla Əliyevadan humanist addım (VİDEO)


29-02-2016, 19:13. Yazar: Xeberaz
Leyla Əliyevadan humanist addım (VİDEO)


Ceyran təbii gözəllik və nəvaziş rəmzi kimi qəbul edilir.

"Xəbəraz.az "-in məlumatına görə, 1920-ci illərin ortalarında Azərbaycanda bu zərif ceyranların sayının 40,000 olduğu təxmin edilirdi. Lakin sonradan sayları kəskin azaldığı üçün ceyranlara nəsli kəsilməkdə olan statusu verildi.

Bu növü qorumaq məqsədilə 2010-cu ildən etibarən başlanan "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı IDEA İctimai Birliyi tərəfindən uğurla davam etdirilir. Proqram çərçivəsində reintroduksiya edilən ceyranlar nəzarət altında saxlanılır və onların mütəmadi monitorinqi keçirilir.

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 İyul 2011-ci ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.


Geri dön