Ana Sayfa > Karusel / Hadisə / M2 > Qadını yolun ortasında öldürüb qaçdılar

Qadını yolun ortasında öldürüb qaçdılar


29-02-2016, 11:55. Yazar: Xeberaz
Qadını yolun ortasında öldürüb qaçdılar


Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Tovuz çayı üzərində olan körpünün yaxınlığında qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadını vurub və hadisə yerindən uzaqlaşıb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Onun meyiti Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Geri dön