Ana Sayfa > Karusel / Hadisə / M2 > İŞİD liderinin arvadı qaçdı

İŞİD liderinin arvadı qaçdı


29-02-2016, 11:32. Yazar: Xeberaz
İŞİD liderinin arvadı qaçdı
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadinin arvadlarından biri qaçıb.
"Xəbəraz.az " Əl Sumaria-ya istinadən bildirir ki, alman Diana Krüger İraqın şimalındakı Naynava vilayətindəki malikanəni axşam saatlarında tərk edib. O, iki xidmətçisi ilə birlikdə qaçıb.
Hirsindən çılğına dönmüş əl Bağdadinin arvadının axtarışlarına İŞİD-in "komandos" dəstəsini yolladığı deyilir. Terrorçular D.Krügeri xidmətçiləri ilə birlikdə ələ keçirməlidir.
İŞİD lideri ilə Diana Krügerin toyu ötən ilin oktyabrın 8-də İraqın Naynava şəhərində, məxfi şəkildə keçirilmişdi.
Toydan 5 gün sonra Diana Krüger İŞİD-in "qadınlar üzrə Şəriət məhkəməsinin baş hakimi" təyin olunmuşdu.
Geri dön