Ana Sayfa > Karusel / Dünya / M2 > Bağdadda İŞİD terroru: 70 ölü - Yeniləndi

Bağdadda İŞİD terroru: 70 ölü - Yeniləndi


28-02-2016, 23:34. Yazar: Xeberaz
Bağdadda İŞİD terroru: 70 ölü - Yeniləndi

İraqın paytaxtı Bağdadda iki terror aktı törədilib.


Verilən məlumata görə, iki bombanın partladılması nəticəsində 17 nəfər dünyasını dəyişib.

Şəhər polisinin yaydığı məlumata görə, ölənlərin sayının artması istisna edilmir.

Qeyd edək ki, heç bir terror təşkilatı partlayışların məsuliyyətini öz üzərinə götürməyib.

19:55

İŞİD terror qruplaşması Bağdadda 17 nəfərin ölümü ilə nəticələnən 2 partlayışın da məsuliyyətini öz üzərinə götürüb.

21:48

Son məlumatlara görə, terror aktı nəticəsində dünyasını dəyişənlərin sayı 31-ə çatıb. 60 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Terror aktının iki terrorçu-kamikadze tərəfindən reallaşdırıldığı məlum olub.

23:21

İraqda terrorçu-kamikadzelərin törətdikləri partlayış nəticəsində dünyasını dəyişənlərin sayı 70-ə yüksəlib.
Geri dön