Ana Sayfa > Karusel / Hadisə / M2 > Bələdiyyə sədri torpaq sahibindən pul istəyir-ŞİKAYƏT

Bələdiyyə sədri torpaq sahibindən pul istəyir-ŞİKAYƏT


28-02-2016, 20:40. Yazar: Xeberaz
Bələdiyyə sədri torpaq sahibindən pul istəyir-ŞİKAYƏT
Vahid Adıgözəlov: «Fuad Nəbiyev mənim 26 hektar torpağımın sənədlərini verməkdən imtina edir»

Göyçay rayonunun Cəyirli kənd sakini Vahid Adıgözəlov kənd bələdiyyəsinin sədri Fuad Nəbiyevdən şikayətçi düşüb. JAM.AZ xəbər verir ki, Adıgözəlovun şikayət etməsinin səbəbi bələdiyyə sədrinin onun qanuni torpağının sənədlərini verməsi müqabilində pul istəməsidir.

Cəyirli sakini yazır ki, ona məxsus olan 26 hektar torpaq sahəsinin sənədləri məhv edilib və buna görə də, reyster çıxarışı ala bilmir. Onun sözlərinə görə, ƏMDK-nin Ucar şöbəsinə müraciət etdikdə oradan bildiriblər ki, həqiqətən də torpaq ona məxsusdur. Lakin bunun üçün Cəyirli bələdiyyəsi ona sənəd verməlidir. «Bələdiyyə sədri isə özbaşınalıq edərək, mənə sənəd vermək istəmir. Buna görə, məndən pul istəyir. Mən kasıb kəndli olduğum üçün kimsə şikayətimi də eşitmir».

Vahid Adıgözəlov sonda qeyd edir ki, Nəbiyev qardaşları faktiki olaraq Cəyirli kəndini çapıb, talamaqla məşğuldurlar. «Bələdiyyə sədri Fuad Nəbiyevin qardaşı Fərhad Nəbiyev Cəyirli kənd İcra Nümayəndəsidir. Bu adamların ölçüsü bilinməyəcək qədər torpaq sahələri var. Bələdiyyə sədri isə kəndlilərin torpaqlarını saxta yollarla sənəd düzəltməklə satmaqla məşğuldur».

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bələdiyyə sədri torpaq sahibindən pul istəyir-ŞİKAYƏT
Geri dön