Ana Sayfa > Karusel / Dünya / M2 > Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb


13-03-2015, 15:33. Yazar: Xeberaz
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Aİ Şurası qərara gəlib.

Avropa İttifaqı Şurası Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzadıb.

Xeberaz.az-ın Oxu.az a istinadən verdiyi məlumata görə, Aİ Şurası Rusiya Federasiyasının vətəndaşları və Ukraynanın şərqindəki separatçılardan ibarət 150 fiziki şəxs, eləcə də 37 hüquqi şəxsdən ibarət “qara siyahı”nın müddətini bu il sentyabrın 15-nə qədər uzatmaq qərarına gəlib.

Xatırladaq ki, Rusiyanın Krımı ilhaq etməsi və Donbassdakı separatçılara dəstək verməsi ilə əlaqədar bu ölkəyə qarşı Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalar tətbiq olunub.
Geri dön