Ana Sayfa > Karusel / Hadisə / M2 > 21 yaşlı qızın hamada ölməsinin səbəbi bilindi

21 yaşlı qızın hamada ölməsinin səbəbi bilindi


28-02-2016, 14:41. Yazar: Xeberaz

21 yaşlı qızın hamada ölməsinin səbəbi bilindi
Həkimlər evə gəldikdə Pəri Əliyeva artıq dünyasını dəyişmiş olub.



Ağdamda bədbəxt hadisə baş verib. 21 yaşlı qız hamamda dünyasını dəyişib. Ağdam Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Pəri Məzahir qızı Əliyevanın meyiti ailəsi tərəfindən aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin həkimlər evə gəldikdə Pəri Əliyeva artıq dünyasını dəyişmiş olub.

Onun dünyasını dəyişməsinə səbəb isə xəstəliyi ilə bağlı olub. Vəfat edən 21 yaşlı qızın fiziki qüsurlu, eyni zamanda şəkər xəstəsi olduğu bildirilir. O bundan əvvəl də bir neçə dəfə hamamda boğulub, lakin ailəsi tərəfindən son anda xilas edilib. Ancaq təəssüf ki, qızın bu dəfə bəxti gətirməyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Ağdam rayonunda bir müddət əvvəl də bədbəxt hadisə qeydə alınıb. Rayonun Təzəkənd köçkün qəsəbəsində yaşayan rayonun İlxıçı kənd sakini Xanəli Abbasovun övladları-2007-ci il təvəllüdlü Bahar Xanəli qızı Abbasova və onun qardaşı 2009-cu il təvəllüdlü Nicat Xanəli oğlu Abbasov evdə oynayarkən içi paltarla dolu olan sandığı boşaldaraq içinə girib və qapağını örtüblər. Elə bu vaxt sandığın qapağı kilidlənib. Qapağı ilişərək kilidlənən sandıqdan çıxa bilməyən hər iki uşaq sandıqda boğulub.
Geri dön