Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Polis avtomobili ağır qəza törətdi: ölən var

Polis avtomobili ağır qəza törətdi: ölən var


28-02-2016, 14:17. Yazar: Xeberaz
Polis avtomobili ağır qəza törətdi: ölən var
İstanbulda polisin qaçırılmış avtomobili təqib etməsi ağır qəzaya səbəb olub.
"Xəbəraz.az "“Cihan” xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin Kadıköy adlanan hissəsindəki Çeçen məhəlləsində polisin qaçırılmasından şübhələndiyi avtomobili təqib etməsi qəza ilə nəticələnib. Belə ki, gecə saat 05 radələrində polis şübhəli maşını saxlamağa cəhd göstərib. Lakin sürücü buna əhəmiyyət vermədən sürətlə uzaqlaşmağa başlayıb. Bir qədər davam edən təqibdn sonra polis avtomobili ilə oğurlanmış maşın qarşı-qarşıya gəlib və toqquşub.

Nəticədə avtomobili qaçıran şəxs hadisə yerində ölüb, 2 polis isə yaralanıb.

İlkin araşdırma zamanı avtomobilin bir qadına məxsus olduğu və həqiqətən qaçırıldığı məlum olub.
Polis avtomobili ağır qəza törətdi: ölən var
Geri dön