Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda “Mercedes” yandı

Bakıda “Mercedes” yandı


28-02-2016, 09:50. Yazar: Xeberaz
Bakıda “Mercedes” yandı
FHN məlumat yaydı.

Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilində baş verib.

Nəticədə avtomobilin mühərrikinin yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Geri dön