Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağdamda mənzildə 21 yaşlı qızın meyiti tapılıb

Ağdamda mənzildə 21 yaşlı qızın meyiti tapılıb


27-02-2016, 18:43. Yazar: Xeberaz
Ağdamda mənzildə 21 yaşlı qızın meyiti tapılıb
Ağdamda mənzildə meyit tapılıb. APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.
Geri dön