Ana Sayfa > Karusel / Hadisə / M2 > İmişlidə "Mercedes" traktorla toqquşdu: 1 ölü, 2 yaralı

İmişlidə "Mercedes" traktorla toqquşdu: 1 ölü, 2 yaralı


27-02-2016, 18:41. Yazar: Xeberaz

İmişlidə "Mercedes" traktorla toqquşdu: 1 ölü, 2 yaralı
İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Geri dön