Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gölün ortasında qalmiş 2 nəfər xilas edilib

Bakıda gölün ortasında qalmiş 2 nəfər xilas edilib


27-02-2016, 18:19. Yazar: Xeberaz
Bakıda gölün ortasında qalmiş 2 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 8 km aralda, nəzarətsiz ərazidə) 2 nəfərin taxtanın üstündə gölün ortasında qalması və sahilə çıxa bilməməsi barədə məlumat daxil olub.
"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirlyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Geri dön