Ana Sayfa > Karusel / Hadisə / M2 > Avtomobil dəmir səddə çırpıldı: altı yaralı - YENİLƏNİB

Avtomobil dəmir səddə çırpıldı: altı yaralı - YENİLƏNİB


27-02-2016, 16:01. Yazar: Xeberaz
Avtomobil dəmir səddə çırpıldı: altı yaralı - YENİLƏNİB


15:23

Hacıqabul rayonun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Yusifova Ayxan Xəyal qızı, bacısı, 1985-ci il təvəllüdlü Seyidova Xəyalə Xəyal qızı, 2006-cı il təvəllüdlü Yusifova Zərifə Azər qızı, qardaşı, 2007-ci il təvəllüdlü Yusifov Süleyman Azər oğlu, onların qohumları - 1976-cı il təvəllüdlü Əliyeva Sədaqət Knyaz qızı, 1964-cü il təvəllüdlü Musayeva Yeganə Cəlal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

----------

14:40

Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində "KİA Sportage" markalı, 90 LP 010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb.

APA-nın məlumatına görə, nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Geri dön