Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Azərbaycanlı müğənniyə töhmət verdilər

Azərbaycanlı müğənniyə töhmət verdilər


27-02-2016, 16:00. Yazar: Xeberaz
Azərbaycanlı müğənniyə töhmət verdilər


İlin əvvəlindən başlayaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar aparılıb.

"Xəbəraz.az " bildirir ki, yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Əhmədov İkram Gülağa oğluna yazılı xəbərdarlıq elan edilib.

Həmçinin, Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Ramazanova Leyla Nürəddin qızına, Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Rəhimov Vasif Aydın oğluna və Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Rzayev Məmməd Rza oğluna töhmət verilib.
Geri dön