Ana Sayfa > Karusel / Hadisə / M2 > Neftçala ərazisində meyidi tapılan neftçi dəfn olunub - FOTO

Neftçala ərazisində meyidi tapılan neftçi dəfn olunub - FOTO

27-02-2016, 14:27. Yazar: Xeberaz
Neftçala ərazisində meyidi tapılan neftçi dəfn olunub - FOTO

Meyidi fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Cavad Xudaverdi oğlu dəfn olunub.

"Xəbəraz.az " APA-ya istinadən bildirir ki, o, doğulduğu Xaçmaz rayonunun Əbiyatağı kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin, SOCAR-ın rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, C. Xudaverdiyev ailəli olub, 3 övladı qalıb. O, 1991-1995-ci illərdə birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib.

C. Xudaverdiyev dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Geri dön