Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes / M2 > Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO

Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO


27-02-2016, 11:30. Yazar: Xeberaz
Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO


11:00

Gecə Bakıda xanım sürücü qarşısına çıxan it səbəbindən idarə etdiyi avtomobillə qəzaya düşüb. Anspress-in məlumatına görə, Ziya Bünyadov prospekti ilə hərəkət edən xanım sürücü qarşısına çıxan iti vurmasa da özü ziyana düşüb.

"Chevrolet" markalı maşının sürücüsü Sevda Kazımova 20 Yanvar dairəsi istiqamətində hərəkət etdiyi zaman qarşısına it çıxıb. Heyvanı vurmaq istəməyən sürücü qəfil əyləcdən istifadə edib. İtin həyatını xilas etməyə müvəffəq olan Sevda xanım arxadan gələn "Jeep"in zərbəsinə tuş gəlib.

Maddi ziyanın böyük olduğu qəzanın tək təsəllisi isə insan itkisinin olmamasıdır.

Xanım sürücü yolda əyləcdən istifadə etsə də qəzanın səbəbkarı "Jeep"in sahibi hesab olunur. Çünki yol polisinin yoxlamaları zamanı "Jeep"in sürücüsünün ara məsafəsini düzgün hesablamadığı üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam edir.

--------

09:22

Gecə saatlarında paytaxtın "Dərnəgül yolu" adlandırılan Ziya Bünyadov prospektində yol qəzası baş verib.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Sürücüsü qadın olan "99-CS-920" dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil isə arxa hissədən əzilib. Qəza nəticəsində xəsarət alan olmayıb.
Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO
Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO
Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO
Geri dön