Ana Sayfa > Karusel / Hadisə / M2 > Sərnişin təyyarəsi qəzaya uğradı: 9 nəfər itkin düşüb

Sərnişin təyyarəsi qəzaya uğradı: 9 nəfər itkin düşüb


26-02-2016, 14:15. Yazar: Xeberaz
Sərnişin təyyarəsi qəzaya uğradı: 9 nəfər itkin düşüb


Nepalda göyərtəsində 9 nəfər olan yerli "Kasthamandap Air" hava şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

"Xəbəraz.az " Report-a istinadən bildirir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə ölkənin şimal-qərbində gündüz saatlarında baş verib. Təyyarə paytaxt Katmandudan Cumla istiqamətində uçurmuş. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Qeyd edək ki, fevralın 22-də Nepalda "Tara Airlines" şirkətinə məxsus "Twin Otter" tipli təyyarənin qəzaya uğraması nəticəsində 18 sərnişin və ekipajın 3 üzvü həyatını itirmişdi.
Geri dön