Ana Sayfa > Karusel / Gündəm / M2 > Sabah qaz problemi olacaq

Sabah qaz problemi olacaq


13-04-2015, 15:11. Yazar: Fehrad

Sabah Bakının bəzi rayonlarında qaz olmayacaq.

Xeberaz.az xəbər verir ki. “Azəriqaz” İB-dən ANS PRESS-ə verilən məlumata görə, aprelin 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Azəriqaz”-ın məlumatına görə, təmir işləri aparılan müddətdə Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür.
Geri dön