Ana Sayfa > Karusel / Hadisə / M2 > Yeniyetmə at arabasının altında qalaraq öldü - FOTO

Yeniyetmə at arabasının altında qalaraq öldü - FOTO


26-02-2016, 10:47. Yazar: Xeberaz
Yeniyetmə at arabasının altında qalaraq öldü - FOTO


Ağdam rayonunun Baharlı kəndində bədbəxt hadisə baş verib.

"Xəbəraz.az " Report-a istinadən bildirir ki, 16 yaşlı kənd sakini Məzahir Əliyev təsərrüfat sahəsinə gedərkən yolda at arabası aşıb.

Arabanın altında qalan yeniyetmə hadisə yerində həyatını itirib. Uşağın meyidi tibbi müayinədən keçirilmək üçün Bərdə rayonuna gətirilib.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön