Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gənc qız binanın 12-ci mərtəbəsindən yıxılıb öldü

Bakıda gənc qız binanın 12-ci mərtəbəsindən yıxılıb öldü


25-02-2016, 11:50. Yazar: Xeberaz
Bakıda gənc qız binanın 12-ci mərtəbəsindən yıxılıb öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır
Geri dön