Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb

Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb


24-02-2016, 13:14. Yazar: Xeberaz
Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb

“Azərbaycanda nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.


APA-nın xəbərinə görə, bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, ötən il iyun ayının 1-dən bu ilin fevral ayınadək nikaha daxil olmaq istəyən 94400 nəfərdən qan nümunələri götürülüb. Z. Əlimirzəyeva qeyd edib ki, 45 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb: “Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 2-də bətn daxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.
Geri dön