Ana Sayfa > Karusel / Hadisə / M2 > Xırdalanda mühafizəçilər qoruduqları obyekti yardılar

Xırdalanda mühafizəçilər qoruduqları obyekti yardılar


23-02-2016, 15:42. Yazar: Xeberaz
Xırdalanda mühafizəçilər qoruduqları obyekti yardılar
55 minlik oğurluq.

Xırdalan şəhərində mühafizəçilər qoruduqları obyekti qarət ediblər.

DİN-dən verilən məlumata görə, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində “Xırdalan Süd” ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslər müəyyənləşdiriliblər.

Cinayəti həmin anbarın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayevin və daha 1 nəfərin törətdiyi məlum olub.

Ağayev saxlanılıb, digər mühafizəçi axtarışdadır .
Geri dön